Elşad Quliyev: “Monteneqronu uda bilsək…”
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində Azərbaycan yığması İngiltərə millisini 2:1 hesabı ilə məğlub edib.
QELEBE.AZ xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev bir sıra açıqlamalar verib:
"Bütün xalqımızı təbrik edirəm. Çox gözəl oyun keçdi. Mərhələlər keçdikcə daha güclü rəqiblər gəlir. Komandam yaxşı mübarizə apardı. Qalib gəldik, sevinirik. Yarımfinal matçına hazırlaşacağıq".
- Belə davam etsək, dünya çempionu ola bilərik?
- Xeyirlisi inşallah. Əsas oyunumuz sabahdır. Monteneqronu uda bilsək, çempionluq haqda danışmaq olar.
- Monteneqro millisinin oyununu izlədiz?
- Tanıdığımız komandadır. Amma bütün komandalar dünya çempionatına fərqli hazırlaşır. Oyunlarını izləmişik. Mənim üçün yarımfinalın başqa təəssüratı var. Komandalar bu mərhələdə bütün güclərini qoyub finala çıxmaq istəyir.

https://qelebe.az//uploads/photo/elshad-quliyev-monteneqronu-uda-bilsek.webp