Azərbaycan millisinin baş məşqçisi: “Hədəfimiz A Liqasına vəsiqə qazanmaqdır”

Azərbaycan millisinin baş məşqçisi: “Hədəfimiz A Liqasına vəsiqə qazanmaqdır”

Çimərlik futbolu üzrə Azərbaycan millisinin hədəfi sentyabrda İtaliyada təşkil olunacaq Avropa Superfinalında finala yüksələrək, A Liqasına vəsiqə qazanmaqdır.

"QELEBE.AZ" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Sahib Məmmədov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Avropa çempionatının I seçmə mərhələsinin (EBSL) İspaniyada keçirilən matçlarını dəyərləndirib:

“Qrupun son oyununda Litvaya məğlub olsaq da, ilk iki matçda qalib gəldik və Superfinala vəsiqə qazandıq.Bununla da əsas vəzifənin öhdəsindən gəldik. Litva ilə görüşdəki nəticəni yorğunluqla əlaqələndirərdim. Çünki İngiltərə ilə ilk qarşılaşmada çox güc sərf etməli olmuşduq. Onsuz da Litva ilə görüşün nəticəsindən asılı olmayaraq, Superfinala vəsiqəni təmin etmişdik. Sadəcə, son matç qrup birincisini müəyyənləşdirəcəkdi. Bundan sonrakı hədəfimiz isə sentyabrda İtaliyada təşkil olunacaq Avropa Superfinalında finala yüksələrək, A Liqasına vəsiqə qazanmaq olacaq”.

Qeyd edək ki, B Liqasının A qrupunda İngiltərə (5:4) və Belçikaya (11:2) qalib gələn millimiz Litvaya (3:4) məğlub olub. 5 xalla qrupu ikinci pillədə başa vuran komandamız sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək Superfinala vəsiqə qazanıb.

Futbol
"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

Futbol
Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Futbol
"Qarabağ"ın hücumçusu Macarıstan klubu ilə 2 illik müqavilə imzalayıb

"Qarabağ"ın hücumçusu Macarıstan klubu ilə 2 illik müqavilə imzalayıb

Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Futbol
"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

Futbol
"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

Futbol
"Sabah"ın futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Sabah"ın futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"

Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Futbol
"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

Futbol
Varan Danimarka ilə oyuna hazırdır

Varan Danimarka ilə oyuna hazırdır

Futbol
"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib