Bakıda minifutbol üzrə dünya çempionatında ilk gün arxada qalıb

Bakıda minifutbol üzrə dünya çempionatında ilk gün arxada qalıb

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatı start götürüb.

"Report"un məlumatına görə, ilk gündə 8 matç keçirilib.

Milli Gimnastika Arenasında baş tutan mundialın açılış oyununda Çad və Fransa yığmaları üz-üzə gəliblər. B qrupunun görüşündə avropalılar 1:0 hesablı qələbəyə seviniblər.

Ardınca meydança Türkiyə və Macarıstan seçmələrinin ixtiyarına verilib. Qarşılıqlı hücumlar şəraitində keçən C qrupunun görüşündə qalib müəyyənləşməyib - 1:1.

Turnirin üçüncü qarşılaşması D qrupuna təsadüf edib. Burada azarkeşlər Portuqaliya və Bolqarıstan millilərinin oyununa şahidlik ediblər. Matç birincilərin 3:1 hesablı qələbəsi ilə bitib.

Ardınca mundialın ilk böyükhesablı qələbəsi qeydə alınıb. Ukraynaya 4 cavabsız qolla qalib gələn İngiltərə C qrupunda liderliyi ələ keçirib.

Yarışda tarixə keçə biləcək nəticələrdən biri D qrupunda yaşanıb. Burada Hindistan seçməsi üzərində 15:0 hesablı qələbə qazanan Slovakiya dünya çempionatında iddiasını ortaya qoyub.

Bir neçə saatlıq fasilədən sonra gözlənilən an çatıb. Azarkeşlər Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının möhtəşəm açılış mərasimini izləyiblər. Xüsusi ilə fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnyenin performansı, türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımovanın nəğmələri arenanı coşdurub.

Tədbirin ardından Azərbaycan millisi A qrupunda ilk oyununa çıxıb. Bəhreynlə qarşılaşan yığma hesabı açan tərəf olsa da, nəticəni qoruya bilməyib - 1:1. Bununla da, Elşad Quliyevin rəhbərlik etdiyi milli mundiala xal itkisi ilə start verib.

Yeddinci görüşdə Rumıniya və Özbəkistan kollektivləri güclünü ayırd etməyə çalışıblar. B qrupunun oyununda 2:1 hesabı ilə qalib gələn rumınlar 3 xalı aktivlərinə yazdırmağı bacarıblar.

Günün bağlanış qarşılaşmasında Mavritaniya və Sloveniya futbolçuları münasibətlərinə aydınlıq gətiriblər. Azərbaycan millisinin yer aldığı A qrupunda mübarizə aparan kollektivlərin duelində qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, mundialın ikinci günündə daha 8 qarşılaşma reallaşacaq. Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Futbol
"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

Futbol
KİV: Pelenin vəziyyəti pisləşib

KİV: Pelenin vəziyyəti pisləşib

Futbol
AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

Futbol
“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

Futbol
Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb

Futbol
"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

Futbol
Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub

Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub

Futbol
Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Futbol
Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb

Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb

Futbol
Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"