APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Azərbaycan Premyer Liqasının (APL) 2022/2023 mövsümünün ilk yarısında keçirilən oyunların 12-də geridönüş olub.

“QELEBE.AZ”un araşdırmasına görə, bu sayda matçda hesabda geri düşən komanda sonda meydanı qalib kimi tərk etməyi bacarıb.

Bu baxımdan “Qarabağ” hamını qabaqlayır. Premyer Liqanın lideri keçirdiyi 4 görüşün gedişində hesabda geri düşsə də, aktivinə 3 xal yazdıra bilib. Qurban Qurbanovun kollektivi bu qarşılaşmaların 3-də ilk topu buraxan tərəf olub.

“Sabah”la 7 qolun qeydə alındığı oyunda ağdamlılar 2:3-ü 4:3 hesabına çeviriblər. Ümumiyyətlə, bu, ilk yarıda iki “kambək” olan yeganə qarşılaşmadır. “Qarabağ”ın hesabı açdığı görüşün gedişində “Sabah” 3:2 önə keçsə də, üstünlüyünü qoruyub saxlaya bilməyib.

“Qarabağ”la yanaşı, “Qəbələ”nin də 4 matçında geridönüş yaşanıb. Lakin “qırmızı-qararlar” bunun 3-də üstünlüyü qoruya bilməyərək, məğlubiyyətə düçar olublar.

Komandaların oyunlarında geridönüş sayları:

“Qarabağ” (4 dəfə) – 4 qələbə

“Qəbələ” (4) – 1 qələbə, 3 məğlubiyyət

“Sabah” (3) – 2 qələbə, 1 məğlubiyyət

“Zirə” (3) - 2 qələbə, 1 məğlubiyyət

“Neftçi” (3) – 1 qələbə, 2 məğlubiyyət

“Səbail” (2) – 1 qələbə, 1 məğlubiyyət

“Kəpəz” (2) - 1 qələbə, 1 məğlubiyyət

“Şamaxı” (1) - 1 məğlubiyyət

“Turan Tovuz” - 1 məğlubiyyət

“Sumqayıt” - 1 məğlubiyyət

Geridönüş olan oyunlar:

III tur. “Sabah” – “Neftçi” – 2:1

Qollar: Aleksey İsayev, 78 (pen.), Emmanuel Apeh, 90+1 (pen.) - Yusuf Laval, 45+1

IV tur. “Səbail” – “Kəpəz” – 4:1

Qollar: Qoba Zakpa, 52, Franko Mazurek, 55, Ağabala Ramazanov, 74, 90+5 - Əfran İsmayılov, 11

V tur. “Zirə” – “Qəbələ” – 2:1

Qollar: Rəhim Sadıxov, 45, 74 - İsnik Alimi, 35 (pen.)

VI tur. “Qarabağ” – “Sabah” – 4:3

Qollar: Musa Qurbanlı, 29, Elvin Cəfərquliyev, 51, Ramil Şeydayev, 84 (pen.), 90+3 (pen.) - Emmanuel Apeh, 33, Coy Lens Mikels, 60, Aleksey Kaşuk, 68

VI tur. “Qəbələ” – “Neftçi” – 1:2

Qollar: Məqsəd İsayev, 32 - Ataa Caber, 46, 53

VII tur. “Kəpəz” – “Şamaxı” – 2:1

Qollar: Ahmed Ayzaya, 47, Abdullahi Şuaybu, 59 - Nihad Quliyev, 5

VII tur. “Zirə” – “Qarabağ” – 1:7

Qollar: Coşqun Diniyev, 34 - Toral Bayramov, 44, Musa Qurbanlı, 56, 60, 79, 84, Kadi Borqes, 64, Ramil Şeydayev, 68

VIII tur. “Turan Tovuz” – “Zirə” – 1:3

Qollar: Natan Oduva, 27 - Coşqun Diniyev, 33, Hamidu Keyta, 40, 48

VIII tur. “Qarabağ” – “Neftçi” – 3:1

Qollar: Kadi Borqes, 56, Abdullah Zubir, 68, Kvabena Ovusu, 74 - Eddi İsrafilov, 24

X tur. “Qarabağ” – “Sumqayıt” – 3:1

Qollar: Ramil Şeydayev, 67, 88 (pen.), Musa Qurbanlı, 73 - Almir Aqanspahiç, 55

XII tur. “Sabah” – “Qəbələ” – 2:1

Qollar: Aleksey Kaşuk, 63, Davit Volkov, 90+3 - İsnik Alimi, 5 (pen.)

XVI tur. “Qəbələ” – “Səbail” – 2:1

Qollar: Feras Abu Akal, 35, Ülvi İsgəndərov, 65 - Kizito Luvaqa, 5

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Futbol
Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”

Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”

Futbol
Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Futbol
"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

Futbol
“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Futbol
"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Futbol
DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

Futbol
Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Futbol
Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Futbol
FIFA referisi: “Azərbaycan çempionatını idarə etmək daha çətindir”

FIFA referisi: “Azərbaycan çempionatını idarə etmək daha çətindir”

Futbol
"Barselona" böyük məbləğdə cərimələnib

"Barselona" böyük məbləğdə cərimələnib