Vasili Berezutski: "Yeganə mənfi cəhət odur ki, Moskvadakı oyunda zədə aldım"

Vasili Berezutski: "Yeganə mənfi cəhət odur ki, Moskvadakı oyunda zədə aldım"

"Sabah"ın rusiyalı baş məşqçisi Vasili Berezutski Moskvada ÇSKA-nın UEFA Kubokunda qələbəsinin 20-ci ildönümünə həsr olunmuş matç barədə fikirlərini bölüşüb.

Mütəxəssis "QELEBE.AZ"a açıqlamasında təəssüratlarının çox müsbət olduğunu bildirib:

"Hər şey çox peşəkar və maraqlı təşkil olunmuşdu. Belə oyunların keçirilməsi çox maraqlıdır. Çünki azarkeşlərlə görüşürsən, yəni onlarla bir araya gəlirsən və onlara 20 il əvvəlki qələbəni xatırladırsan. Üstəlik, həmin oyunda iştirak etmiş məşqçilərlə, futbolçularla da görüşürsən, bəzi anları birlikdə xatırlayırsınız. Bu, həm həyəcanverici, həm də maraqlıdır. Ən əsası isə bu elə bil məzunların görüşüdür – sən görürsən ki, futbolçular bu illər ərzində necə dəyişiblər. Səmimi desəm, həmin komandanı xatırlayanda, deyə bilərəm ki, onlar həm əla insan olmaqla yanaşı, həm də əsl idmançıdırlar. Onlara Rusiya futbolu tarixində ilk dəfə avrokubok qazanmaq nəsib oldu. Ona görə təəssüratlarım çox müsbətdir. Yeganə mənfi cəhət odur ki, zədə aldım. Amma hazırda hər şey qaydasındadır".

Qeyd edək ki, ÇSKA əfsanələri Moskvada təşkil olunan görüşdə Avropa klublarının veteran futbolçularından ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşma Rusiya klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
Luis Suares Braziliya klubu ilə anlaşıb

Luis Suares Braziliya klubu ilə anlaşıb

Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Futbol
FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

Futbol
"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

Futbol
DÇ-2022: Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək

DÇ-2022: Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək

Futbol
Messi Maradona və Batistutanı geridə qoyub

Messi Maradona və Batistutanı geridə qoyub

Futbol
Cerrard "Aston Villa"nın baş məşqçi vəzifəsindən kənarlaşdırılıb

Cerrard "Aston Villa"nın baş məşqçi vəzifəsindən kənarlaşdırılıb

Futbol
Azərbaycanın 8 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Azərbaycanın 8 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Futbol
Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Futbol
Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib