Təmsilçimiz Astanada bürünc medal qazanıb

Təmsilçimiz Astanada bürünc medal qazanıb

Astanada trek velosipedi üzrə yeniyetmə və gənclər Qazaxıstan Açıq çempionatı keçirilib.

QELEBE.AZ xəbər verir ki, yığmamız yarışda bir medal qazanıb.

Komandamızın heyətində Məryəm Hüseynova 2009-2010-cu il təvəllüdlü 38 idmançı arasında omnuim yarışlarının 200 metr məsafəyə sprint növündə 3-cü nəticə göstərib.

Eyni yaş kateqoriyasında mübarizə aparan Çingiz İsayev isə 40 iştirakçı arasında yarışı 4-cü pillədə tamamlayıb.