Alba daha 2 il “İnter Mayami”də - RƏSMİ
“İnter Mayami” Jordi Alba ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda futbolçunun bu ilin sonunda başa çatmalı olan müqaviləsini 2 il uzadıb.
Xatırladaq ki, 36 yaşlı müdafiəçi 2023-cü ildən "İnter Mayami"nin şərəfini qoruyur.
İspaniya millisinin sabiq üzvü bu mövsüm MLS təmsilçisin heyətində 17 matça çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/alba-daha-2-il-inter-mayamide-resmi.webp