Ukrayna Kubokunun qalibi bəlli olub
Ukraynanın Kubokunda final matçı keçirilib.
Apasport.az xəbər verir ki, "Şaxtyor" finalda "Dinamo Kiyev"lə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Penaltilər seriyasında 6:5 hesabı ilə qazanan "Şaxtyor" kubokun sahibi olub.
Qeyd edək ki, 15-ci dəfə Ukraynanın Kubokunu qazanan Donetsk təmsilçisi Avropa Liqasında iştirak hüququ qazanıb.

https://qelebe.az//uploads/photo/ukrayna-kubokunun-qalibi-belli-olub.webp