"Kəpəz"in İdarə Heyətinin yeni sədri: "Ciddi işlər görməyi planlaşdırırıq" - MÜSAHİBƏ

"Kəpəz"in İdarə Heyətinin yeni sədri: "Ciddi işlər görməyi planlaşdırırıq" - MÜSAHİBƏ

"Kəpəz" Futbol Klubunun İdarə Heyətinə yeni sədr seçilən Namiq Qədirov "QELEBE.AZ"un suallarını cavablandırıb.

Funksioner Gəncə təmsilçisinin uzun və qısa müddətli hədəflərindən və bir sıra məsələlərdən danışıb.

- "Kəpəz" futbol klubunun İdarə Heyətinə sədri seçildiniz. Təəssüratlarınız necədir?
- Təəssüratlarım çox gözəldir. Çox böyük məsuliyyət hiss edirəm. Mən özüm Gəncədə doğulub böyümüşəm. Gəncliyimdə burada oyunlara çox getmişəm. Bu şəhərə bağlı adamam. İndi də Gəncə təmsilçisinin əvvəlki vaxtlarına qayıtması üçün əlimdən gələni edəcəyəm. Çalışacağam ki, etimadı doğruldum.

- Gəncə təmsilçisinin məşqçilər korpusu və oyunçuları ilə görüşdünüz. Bu görüş barədə nə deyə bilərsiniz?
- Görüş çox yaxşı keçdi. Bir sıra mövzulara toxunduq. Komandanın gələcəyinin, inkişafının yollarını müzakirə etdik.

- Klubda kadr islahatları gözlənilirmi?
- İndidən bunu açıqlamaq tezdir. Biz bir neçə gündür ki, klubla tanış olmuşuq. İdarə Heyətimiz var. Bundan başqa, idarəçilik üzrə məsələlər Fərman Əlizadəyə, idman üzrə işlər isə Erkin İbrahimova tapşırılıb. Bütün bunları bir yerdə müzakirə edib, qərarlar qəbul edirik. Əlbəttə ki, bundan sonra bir sıra kadr islahatları olacaq. Bu məsələ üzərində işləyirik.

- "Kəpəz"in uzun və qısa müddətli hədəfləri nə olacaq?
- Hədəf birdir. Komandanı daha yüksək səviyyəyə qaldırmaq. İndidən vədlər vermək istəmirik. Çalışacağıq ki, keyfiyyətli futbolçular cəlb edək, komanda quraq. Uşaq futboluna fikir veriləcək və ciddi işlər görməyi planlaşdırırıq.

- Komanda bu mövsüm elitada qalmaq uğrunda mübarizə apardı. Sizcə, növbəti mövsüm avrokuboklara iddia etmək tezdir?
- Ani nəticə üçün tələsik addımlar atmaqdansa, tədricən inkişaf yolunu seçirik. Gəncə azarkeşləri çox tələbkardır, onları tam anlayırıq. Bu gün ilk öncə klub kimi inkişaf etmək, daha da böyümək istəyirik. Təbii ki, əsas komandanın nəticələri böyük önəm kəsb edir. Gələcək mövsüm üçün daha rəğabətli bir kollektiv formalaşdırılacaq. Eyni zamanda, cari mövsüm “Kəpəz”in Premyer Liqada qalmasında rolu olan bir çox futbolçu ilə davam edəcəyik. Avrokuboklardan danışmaq tezdir. Dəqiq deyə bilərəm ki, əvvəlki mövsümlürdə olduğu kimi, “Kəpəz” Premyer Liqada qalmağı hədəf kimi qarşısına qoymayacaq. Komandanın qarşısında qoyulan konkret vəzifə cari mövsüm başa çatandan sonra açıqlanacaq.

- Mətbuatda "Kəpəz"in rumıniyalı mütəxəssis Mirça Redniklə anlaşdığı yönündə xəbərlər dolaşır. Bu məsələyə birdəfəlik nöqtə qoya bilərsiniz?
- Tam məsuliyyətlə deyə bilərəm ki, bizim onunla heç bir əlaqəmiz olmayıb, heç bir danışıq da aparılmayıb. Bu, sadəcə, şayiədir.

- "Kəpəz" növbəti mövsümdə də Azər Bağırovla yola davam etmək istəyirmi?
- Biz, ümümiyyətlə, nəinki yerli futbolçuların, məşqçilərimizin də inkişafına dəstək vermək istəyirik. Azər Bağırova dəfələrlə dəstəyimizi bildirmişik. Mövsümün sonunda baş məşqçi ilə görüş keçiriləcək. Bizim fikrimizi soruşursuzsa, əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.

- Gəncə şəhər stadionu hazır olanadək komanda ev oyunlarını Tovuzda keçirir. Arenanın avqustun sonunda təhvil veriləcəyi gözlənilir. "Kəpəz" növsümün əvvəlində də Tovuzda oynayacaq?
- Çox güman ki, bəli. Bilirsiz ki, III MDB Oyunlarının açılış və bağlanış mərasimi yeni tikilən stadionda baş tutacaq. Hər şey ot örtüyünün vəziyyətindən asılı olacaq. Texniki səbəblərdən ot örtüyünün oyunlara hazır olması gecikə bilər. Ona görə də hər şey bu məsələlərə bağlıdır. Yeni stadion tam hazır olandan sonra matçlarımızı burada keçirəcəyik. Bundan başqa, Gənclər və İdman Nazirilyi ilə danışıqlar aparacağıq. Hansısa formada icarə məsələləri həll olunacaq. Biz də istəyirik ki, doğma meydanda, azarkeşlərimizin önündə oynayaq. Bizim onlara, onların dəstəyinə ehtiyacımız var. Gəncədə azarkeşlər həmişə futbolu seviblər. Ümumiyyətlə, Azərbaycan çempionatlarında ən çox azarkeş Gəncə stadionuna gəlib. Bu bizim üçün böyük faktordur. Ona görə də istəyirik ki, oyunlarımızı Gəncədə keçirək.

Futbol
Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

Futbol
"Mançester Yunayted" Ronaldunun qalmaqallı müsahibəsi ilə bağlı bəyanat yayıb

"Mançester Yunayted" Ronaldunun qalmaqallı müsahibəsi ilə bağlı bəyanat yayıb

Futbol
"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

Futbol
"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

Futbol
Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Komanda "Qarabağ"la oyunda xarakter göstərdi"

"Qəbələ"nin baş məşqçisi: "Komanda "Qarabağ"la oyunda xarakter göstərdi"

Futbol
Baş məşqçi "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

Baş məşqçi "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

Futbol
“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”

“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”

Futbol
Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Futbol
FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

Futbol
Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Futbol
Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"