“Atalanta” tarixində 5-ci dəfə Çempionlar Liqasına vəsiqə qazanıb
"Atalanta" A Seriyasının 36-cı turunda "Roma"nı məğlub edib - 2:1.
Apasport.az xəbər verir ki, “Atalanta” bununla da vaxtından əvvəl növbəti mövsüm Çempionlar Liqasına vəsiqəni təmin edib.
Komanda tarixində 5-ci dəfə Avropanın ən nüfuzlu turnirində çıxış edəcək.
"Atalanta" 71 xalla turnir cədvəlində üçüncü pillədə möhkəmlənib. Klub ən yaxın rəqibləri "Yuventus" və "Latsio" ilə xal fərqini yeddiyə çatdırıb.

https://qelebe.az//uploads/photo/atalanta-tarixinde-5-ci-defe-chempionlar-liqasina-vesiqe-qazanib.webp