Qelebə.az / “Atalanta” tarixində 5-ci dəfə Çempionlar Liqasına vəsiqə qazanıb

“Atalanta” tarixində 5-ci dəfə Çempionlar Liqasına vəsiqə qazanıb

13-05-2025, 09:13

"Atalanta" A Seriyasının 36-cı turunda "Roma"nı məğlub edib - 2:1.

Apasport.az xəbər verir ki, “Atalanta” bununla da vaxtından əvvəl növbəti mövsüm Çempionlar Liqasına vəsiqəni təmin edib.

Komanda tarixində 5-ci dəfə Avropanın ən nüfuzlu turnirində çıxış edəcək.

"Atalanta" 71 xalla turnir cədvəlində üçüncü pillədə möhkəmlənib. Klub ən yaxın rəqibləri "Yuventus" və "Latsio" ilə xal fərqini yeddiyə çatdırıb. 

Geri qayıt