“LANDAU Lions” Portuqaliyada qələbə axtarışında

“LANDAU Lions” Portuqaliyada qələbə axtarışında

“LANDAU Lions” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.

QELEBE.AZ xəbər verir ki, Erhan Tokerin rəhbərlik etdiyi kollektiv G qrupunun V turunda “Benfika” ilə qarşılaşacaq.

Lissabonda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, “LANDAU Lions” əvvəlki turda Türkiyənin “Denizli Basket” komandasını 94:86 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi bundan əvvəl Danimarkanın “Bakken Birs” (88:91), İsveçrənin “Lions de Geneve” (83:105) və Slovakiyanın “Prievidza” (84:108) kollektivlərinə məğlub olub.