"Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.
QELEBE.AZ xəbər verir ki, “ağ-qaralar” müntəzəm mövsümün V turunda Bolqarıstanın “Lokomotiv” klubunun qonağı olacaq.
Plovdivdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” əvvəlki dörd oyunun hamısında məğlub olub. Komanda “Fribur Olimpik”ə (73:78), “Mikonos”a (58:78), VEF-ə (94:110) və “Oradya”ya (83:99) uduzub. Dörd xalı olan Azərbaycan təmsilçisi H qrupunda sonuncu – altıncı pillədə qərarlaşıb.

https://qelebe.az//uploads/photo/quotneftchiquot-avropa-kubokunda-novbeti-matchina-chixacaq.webp