Millimizin üzvü oynadı, komandası növbəti tura yüksəldi

Millimizin üzvü oynadı, komandası növbəti tura yüksəldi

Albaniya Superliqasında pley-off oyunları keçirilir. 

QELEBE.AZ xəbər verir ki, millimizin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" yarımfinalda “Partizani” ilə qarşılaşıb.

Əliyevin 90 dəqiqə meydanda olduğu matç 0:0 hesabı ilə başa çatıb. Reqlamentə əsasən bərabərlik olduğu halda ev sahibləri növbəti mərhələyə yüksəldiyinə görə "Eqnatiya" turu keçib.

Qeyd edək ki, "Eqnatiya" ölkə çempionluğu uğrunda “Vilaznia” ilə üz-üzə gələcək.