“Azəryol”dan qələbə, “Qarabağ” məğlub oldu

“Azəryol”dan qələbə, “Qarabağ” məğlub oldu

Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsi gərgin və maraqlı qarşılaşmalarla davam edir.

QELEBE.AZ xəbər verir ki, qadınların mübarizəsində “Qarabağ” və “Kür” komandaları üz-üzə gəlib. Yüksək tempdə keçən görüşdə “Qarabağ” rəqibini 35:30 hesabı ilə məğlub edərək önəmli qələbəyə imza atıb.

Digər qarşılaşmada isə “Azəryol” rəqibi “İdman Akademiyası”nı məğlub edib – 45:24. 

Kişilər arasında keçirilən I-IV yerlər uğrunda oyunlarda da maraqlı nəticələr qeydə alınıb. “Azəryol” “Bakı” üzərində 33:29 hesablı qələbə qazanıb. Gözlənilməz nəticə isə “Qarabağ”dan gəlib – onlar lider “Kür”ə 26:37 hesabı ilə uduzublar.

Çempionatın final mərhələsi həyəcan dolu qarşılaşmalarla davam edir.