“Zirə” akademiyasının koordinatoru: "Ən böyük problem yaşı 18-ə çatmış futbolçularla bağlıdır"

“Zirə” akademiyasının koordinatoru: "Ən böyük problem yaşı 18-ə çatmış futbolçularla bağlıdır"

Azərbaycan klublarının akademiyalarının koordinatorları AFFA-da Yarışların Təşkili Departamentinin əməkdaşları ilə görüşdə ən böyük problemin yaşı 18-ə çatmış gənc futbolçularla bağlı olduğunu qabardıblar.

Bu barədə "QELEBE.AZ"a “Zirə” Futbol Akademiyasının koordinatoru Zaur Həşimov açıqlama verib.

O, milli assosiasiyada gerçəkləşmiş toplantının təfərrüatları barədə danışıb:

"Düşünürəm ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərovun təşəbbüsü ilə təşkil edilən bu görüş çox faydalı oldu. Bunun mütəmadi olaraq baş tutmasını istərdim. Mövzu aşağı yaş qrupları üzrə liqaların keçirilməsi idi. Akademiya rəhbərləri müxtəlif təkliflər irəli sürdülər. Növbəti mövsüm çempionatların, xüsusən də Gənclər Liqasının keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər təqdim edildi".

Z.Həşimov təşkilatçıların fikir və təklifləri diqqətlə dinlədiyini və qeydlər apardıqlarını vurğulayıb:

"Koordinatorlar ən böyük problemin yaşı 18-ə çatmış gənc oyunçularla bağlı olduğunu bildirdilər. Bu yaşa çatan və aralarında milli komandanın üzvü olan bir çox futbolçu əsgərliyə yollanmağa məcbur olur. Belədə perspektivli gənclərin karyerasına son qoyulur. Təşkilatçılar fikir və təklifləri diqqətlə dinləyib qeydlər apardılar. Bu görüşün növbəti mövsüm üçün yarışların keçirilməsində böyük faydası olacaq".

Futbol
Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Futbol
Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Futbol
Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Futbol
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Futbol
DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

Futbol
Azərbaycan Kuboku: "Neftçi" 1/4 finalın ilk oyununda "Zirə"yə uduzub

Azərbaycan Kuboku: "Neftçi" 1/4 finalın ilk oyununda "Zirə"yə uduzub

Futbol
Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Futbol
Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Futbol
Çempionlar Liqası: "Portu" qrup qalibi olub, "Atletiko" avrokuboklarla vidalaşıb

Çempionlar Liqası: "Portu" qrup qalibi olub, "Atletiko" avrokuboklarla vidalaşıb

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"