Sabiq “fənər”li MLS klubunda - RƏSMİ

Sabiq “fənər”li MLS klubunda - RƏSMİ

"Fənərbaxça"nın sabiq hücumçusu Allan Sent-Maksimen karyerasını ABŞ-də davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, MLS təmsilçisi “Şarlott” 29 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.

Klubun yaydığı məlumata görə, Sent-Maksimen yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Fransalı futbolçu son olaraq qış fasiləsində “Lans”a transfer olunmuşdu. O, burada keçirdiyi 13 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.