“Real Madrid”in futbolçusunun evindən 350 min avrodan çox dəyərində əşya oğurlanıb

“Real Madrid”in futbolçusunun evindən 350 min avrodan çox dəyərində əşya oğurlanıb

İspaniyanın “Real Madrid” klubunun müdafiəçisi Eder Militaonun evi komandasının “Barselona” ilə səfər oyunu zamanı qarət edilib.

“El Mundo” nəşrinin məlumatına görə, futbolçunun evindən 350 min avrodan çox dəyərində zinət əşyaları və saatlar oğurlanıb.

Polisin məlumatına əsasən, azı iki nəfər evin üçüncü mərtəbəsindəki hamam otağının pəncərəsindən içəri daxil olub. Həmin vaxt futbolçunun qohumları birinci mərtəbədə televizor vasitəsilə oyunu izləyirmişlər.

Oğrular Militaonun yataq otağından qiymətli əşyaları aparıblar. Evdə siqnalizasiya sistemi söndürülüb, təhlükəsizlik kameraları isə cinayətkarları yalnız bir neçə saniyə qeydə ala bilib. Bundan sonra oğrular kameralardan birini qoparıblar.

Evə qayıtdıqdan sonra oğurluq hadisəsindən xəbər tutan futbolçu şəxsi əhəmiyyət daşıyan bəzi əşyalarını geri qaytarmağa çalışır.

Militao bunun üçün xüsusi detektiv də tutub. Detektiv oğurluğun futbolçunun yaxın ətrafından olan şəxslər tərəfindən təşkil edilmiş ola biləcəyini istisna etməyib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Futbol
"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

Futbol
Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Futbol
“Qarabağ”ın rəqibi 5 oyundan sonra qələbə qazanıb

“Qarabağ”ın rəqibi 5 oyundan sonra qələbə qazanıb

Futbol
"Qarabağ" – "Olimpiakos" oyununu ingiltərəli hakimlər idarə edəcək

"Qarabağ" – "Olimpiakos" oyununu ingiltərəli hakimlər idarə edəcək

Futbol
Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Futbol
Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Futbol
Argentina millisinin baş məşqçisi ilə bağlı qərar verilib

Argentina millisinin baş məşqçisi ilə bağlı qərar verilib

Futbol
Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Futbol
Qurban Qurbanov: "Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"

Qurban Qurbanov: "Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"

Futbol
“Milan” yeni qapıçı ilə anlaşıb

“Milan” yeni qapıçı ilə anlaşıb

Futbol
AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub

AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub

Futbol
Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb

Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb