“Zirə” – “Turan Tovuz” oyununun köməkçi hakimi dəyişib
Misli Premyer Liqasının XXXIII turu çərçivəsində bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
QELEBE.AZ xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/zire-turan-tovuz-oyununun-komekchi-hakimi-deyishib.webp