“Böyük Dəbilqə”: Mübarizəyə start verilir
Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.
QELEBE.AZ xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 cüdoçusu tatamiyə çıxacaq.
60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/8 finalda Muhammad Fathur Rohman (İndoneziya) - Acıtı Dombuu (IJF) cütünün qalibi ilə üz-üzə gələcək.
66 kq çəki dərəcəsində Yaşar Nəcəfov 1/8 finalda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız yarışa 8 cüdoçu ilə yollanıb.

https://qelebe.az//uploads/photo/boyuk-debilqe-mubarizeye-start-verilir.webp