La Liqadan Premyer Liqaya

La Liqadan Premyer Liqaya

İngiltərə Premyer Liqası təmsilçilərindən “Arsenal” “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Zubimendi ilə maraqlanır.

Apasport.az xəbər verir ki, “topçular” oyunçunu almaq üçün qarşı tərəfə 51 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Xatırladaq ki, Zubimendinin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. 26 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə çıxış etdiyi 43 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı ispaniyalı oyunçunun qiymətini 60 milyon avro olaraq qiymətləndirir.