"Sabah"ın legionerinə ağır cəza - 4 oyunluq diskvalifikasiya
AFFA İntizam Komitəsi "Sabah-2"nin futbolçusu Stefen Endeni cəzalandırıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Onunla bağlı qərar İntizam Komitəsinin bugünkü iclasında qəbul edilib.
28.04.2025-ci il tarixində Əvəzedicilər Liqasında 32-ci turun “Sabah-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra “Sabah-2”ın futbolçusu Stefen Ende hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Sabah-2” komandası 300 manat cərimə edilib.

https://qelebe.az//uploads/photo/quotsabahquotin-legionerine-agir-ceza-4-oyunluq-diskvalifikasiya.webp