“Betis” ispaniyalı ilə müqavilə yeniləyib

“Betis” ispaniyalı ilə müqavilə yeniləyib

İspaniyalı müdafiəçi Mark Bartra “Betis”lə müqaviləsini yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2027-ci ilin ortalarınadək qüvvədə olacaq.

Bartra cari mövsümdə “Betis”in heyətində 29 oyunda iştirak edib, 3 qol vurub. Onun komandası İspaniya çempionatında 32 turdan sonra 51 xal toplayaraq, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.