Azərbaycan çempionatının bürünc mükafatçısı avrokuboklarda iştirak etməyəcək

Azərbaycan çempionatının bürünc mükafatçısı avrokuboklarda iştirak etməyəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının bürünc mükafatçısı olan “Milli Aviasiya Akademiyası” bu il avrokuboklarda iştirak etməyəcək.

Bunu “QELEBE.AZ”a açıqlamasında komandanın baş məşqçisi Emin Əbilov deyib.

O, rəhbərliklə müzakirələrdən sonra belə qərara gəldiklərini diqqətə çatdırıb:

"Dünya çempionatlarında, olimpiadalarda, avrokuboklarda iştirak etmək hər bir məşqçinin və klubun arzusudur. Əlbəttə, biz də bunu istərdik. Lakin rəhbərliklə müzakirələr aparmışıq, hələ ki, belə planımız yoxdur. Azərbaycan çempionatına hazırlaşacağıq. Ümid edirəm ki, növbəti mövsümlərdə avrokuboklara da qatılarıq".

37 yaşlı mütəxəssis çempionatın gərgin və maraqlı keçdiyini söyləyib:

“Bu il bir-birindən gərgin və maraqlı oyunlar keçdi. UNEC-i çıxmaq şərtilə digər komandaların gücləri, demək olar ki, bir-birinə yaxın idi. Komandamız mövsüm ərzində yaxşı mübarizə apardı, vacib qələbələr qazandıq. “Abşeron” müntəzəm mövsümü birinci bitirdi. Cəmi iki məğlubiyyətləri var idi. Hər ikisi də bizə qarşı oyunda oldu. Finalda oynaya biləcək komandamız var. Təəssüf ki, aparıcı oyunçularımızdan biri zədələndi və nəticədə gücümüz bir qədər azaldı. Buna baxmayaraq, yarımfinalda “Azərreyl”lə yaxşı mübarizə apardıq. İlk oyunda uduzsaq da, cavab matçında qələbə qazandıq. Yalnız “qızıl set”də uduzduq. Üçüncü yer uğrunda “Gəncə” ilə qarşılaşdıq və iki oyunda qələbə qazanaraq bürünc medala yiyələndik”.

E.Əbilov növbəti mövsümdən çempionluq uğrunda mübarizə aparacaqlarını bildirib:

“Əlbəttə, bu son deyil. Komandanı daha da gücləndirməli və növbəti mövsüm qızıl medal uğrunda mübarizə aparmalıyıq. Əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Federasiya çempionatı çox yaxşı təşkil etmişdi. Klub rəhbərliyi bizə mövsüm boyunca dəstə və qayğı göstərdi. Azarkeşlərə təşəkkür edirəm, onlara bacardığımız qədər gözəl voleybol göstərdik”.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” üçüncü yer uğrunda mübarizədə “Gəncə”ni hər iki oyunda məğlub edərək bürünc medallara yiyələnib.

Komanda
“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

Komanda
Azərbaycan millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycan millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb