Həndbol üzrə XXXI Azərbaycan Kubokunun püşkü atılıb

Həndbol üzrə XXXI Azərbaycan Kubokunun püşkü atılıb

Azərbaycan Həndbol Federasiyasında (AHF) XXXI ölkə kubokunun püşkatma mərasimi keçirilib.

AHF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə hakimlər kollegiyasının üzvləri, idman şöbəsinin əməkdaşları və komandaların baş məşqçiləri iştirak ediblər.

Federasiyanın idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov 2024/2025 mövsümündə ölkə kubokunun aprelin 26-da “AHF Arena”da start götürəcəyini bildirib. Olimpiya sistemi ilə təşkil olunacaq yarış 1/4 finaldan başlayacaq.

2023/2024 mövsümündə ölkə kubokunun finalçıları olan kişilərdən ibarət “Azəryol” və “Bakı”, qadınlardan ibarət “Azəryol” və “Kür” komandaları yarımfinaldan mübarizəyə qoşulacaqlar. Bu mərhələyə mayın üçüncü ongünlüyündə start veriləcək.

Tədbirdə turnirin reqlamenti, qaydaları və oyun cədvəli haqqında ətraflı məlumat verilib, iştirakçı komandaların siyahısı elan olunub. Ümumilikdə 9 kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”, U-17) və 7 qadın (“Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16) komandası əsas mükafat uğrunda mübarizə aparacaq.

Püşkatma mərasimindən sonra iştirakçıların sualları cavablandırılıb, turnirlə bağlı bütün detallar müzakirə edilib.

1/4 finalda üz-üzə gələcək komandalar:

26 aprel

Qadınlar

Bakı - İdman Akademiyası

Kişilər

Gənclər Birliyi – Dinamo
İdman Akademiyası – Təhsil
U-17 - Kür

27 aprel

Qadınlar

Təhsil – Qarabağ

Komanda
Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Komanda
Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Komanda
Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Komanda
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Komanda
Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər