Azərbaycan millisinin baş məşqçisi: "Ümid edirəm ki, seçmə mərhələyədək hər şey yaxşılığa doğru gedəcək"

Azərbaycan millisinin baş məşqçisi: "Ümid edirəm ki, seçmə mərhələyədək hər şey yaxşılığa doğru gedəcək"

Ümid edirəm ki, seçmə mərhələ matçlarına qədər hər şey yaxşılığa doğru gedəcək.

"QELEBE.AZ" xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüdlü) Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirindəki çıxışı dəyərləndirərkən deyib.

Mütəxəssis ilk olaraq Estoniya yığmasına qarşı keçirilən son matçla (1:2) bağlı fikirlərini bildirib:

“Estoniya ilə oyunda gözləntimiz qələbə idi. Ancaq UEFA İnkişaf Turnirində heyətdəki 20 futbolçunun hamısına minimum 90 dəqiqə şans vermək məcburiyyətində idik. Bu səbəbdən ilk iki matçda az oyun dəqiqəsi əldə edən uşaqlara şans verdik. Ümumilikdə üstünlük bizim tərəfimizdə idi. Təəssüf ki, fərdi səhvlərdən iki qol buraxdıq. Yaxaladığımız saysız-hesabsız fürsətləri isə qolla tamamlaya bilmədik. Bu da oyunçuların fərdi keyfiyyətlərindəki və texniki bacarıqlarındakı çatışmazlıqdan qaynaqlanır. Problemləri aradan qaldırmaq üçün zamana ehtiyac var. Ancaq milli komandada bunların üzərində çalışmaq üçün vaxtımız olmur. Yığmada işimiz sırf taktiki gedişlər üzərində qurulur. Futbolçular klublarında bu problemi aradan qaldırmağa çalışmalıdırlar”.

Aqil Nəbiyev U-17-nin inkişafda olduğunu vurğulayıb:

“Bu, ikinci toplanışımız idi. Əvvəlki hazırlıqla budəfəki toplanış arasında böyük fərq hiss etdik. Uşaqlarda inkişaf var. İnanıram ki, bu futbolçularla daha yaxşı nəticələr əldə edə bilərik. Gürcüstanla oyun komandanın potensialının olduğunu göstərdi. Sadəcə, uşaqlar beynəlxalq oyun təcrübəsinin azlığından əziyyət çəkirlər. Ümid edirəm ki, seçmə mərhələ matçlarına qədər hər şey yaxşılığa doğru gedəcək”.

Qeyd edək ki, U-17 millimiz UEFA İnkişaf Turnirində Moldova (0:1), Gürcüstan (1:0) və Estoniyanın (1:2) müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Futbol
"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

Futbol
Tbilisi "Dinamo"sunun baş məşqçisi 42 yaşında ikən infarkt keçirib

Tbilisi "Dinamo"sunun baş məşqçisi 42 yaşında ikən infarkt keçirib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

Futbol
Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Futbol
"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Futbol
“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

Futbol
FIFA “Bursaspor”a transfer qadağası qoyub

FIFA “Bursaspor”a transfer qadağası qoyub

Futbol
Sumqayıt şəhər stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub

Sumqayıt şəhər stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub

Futbol
Niderland millisinin futbolçusu DÇ-2022-ni buraxacaq

Niderland millisinin futbolçusu DÇ-2022-ni buraxacaq

Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Futbol
"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" yeni transferini açıqlayıb