Rəşad Sadıqovun sabiq klubu yenidən Super Liqada
"Kocaelispor" finişə üç tur qalmış Türkiyə I Liqasında çempionluğu təmin edib.
QELEBE.AZ xəbər verir ki, "yaşıl-qaralar" 16 illik fasilədən sonra Super Liqada çıxış etmək hüququ qazanıblar.
"Kocaelispor" sonuncu dəfə 2008/09 mövsümündə Türkiyənin yüksək divizionunda mübarizə aparıb.
Qeyd edək ki, həmin vaxt komandanın heyətində Azərbaycan millisinin keçmiş kapitanı Rəşad Sadıqov da çıxış edib.

https://qelebe.az//uploads/photo/reshad-sadiqovun-sabiq-klubu-yeniden-super-liqada.webp