“Azərreyl”dən qələbə, “Neftçi” məğlub oldu

“Azərreyl”dən qələbə, “Neftçi” məğlub oldu

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada yarımfinal mərhələsi start götürüb.

Apasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçirilib.

Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutub. Öncə “Murov Az Terminal”la “Neftçi” qarşılaşıb. Oyun nominal meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. "Ağ-qaralar" yalnız son turda rəqiblərinə ciddi müqavimət göstəriblər. Görüş 3:0 hesabı ilə başa çatıb.

Ardınca “Azərreyl” “Xilasedici” ilə üz-üzə gəlib. "Dəmiryolçular" da hər 3 setdə rəqiblərindən güclü olublar.

Qeyd edək ki, ikinci oyunlar aprelin 18-də keçiriləcək.

Yüksək Liqa (kişilər)
Yarımfinal, ilk oyunlar
16 aprel

15:00. “Murov Az Terminal” - “Neftçi” - 3:0 (25:20, 25:19, 27:25)
GİN-in Voleybol Mərkəzi

17:00. “Azərreyl” - “Xilasedici” - 3:0 (25:22, 25:18, 25:23)
GİN-in Voleybol Mərkəzi