İngiltərə Çempionlar Liqasına 5 komanda göndərəcək
Növbəti mövsümdə İngiltərə Premyer Liqasının ən azı 5 komandası Çempionlar Liqasında mübarizə aparacaq.
QELEBE.AZ xəbər verir ki, bu, ötən gün Çempionlar Liqasının 1/4 final mərhələsində baş tutan oyunlardan sonra dəqiqləşib.
Belə ki, "Arsenal"ın "Real Madrid" üzərində qələbəsindən (3:0) sonra UEFA reytinqində birinci sırada olan ingilislərin aşağı düşməyəcəyi təmin olunub.
Bundan sonra, İngiltərə Premyer Liqasının 2025/26 Çempionlar Liqası mövsümünə əlavə komanda göndərəcəyi müəyyənləşib.
Növbəti mövsümdə ÇL-də daha 2 Premyer Liqa klubu mübarizə apara bilər.
Belə ki, hazırda ÇL-də mübarizə aparan "Aston Villa" bu mövsüm kuboku qazansa və liqada ilk 5-likdən kənarda qalsa, İngiltərənin növbəti sezon üçün komanda sayı 6 olacaq. “Mançester Yunayted” və ya “Tottenhem” Avropa Liqasını qazanarsa, bu rəqəm 7-yə yüksələcək.

https://qelebe.az//uploads/photo/ingiltere-chempionlar-liqasina-5-komanda-gonderecek.webp