MOK-da Deflimpiya Hərəkatının inkişafı üçün beynəlxalq qurumların rəsmiləri ilə görüş keçirilib

MOK-da Deflimpiya Hərəkatının inkişafı üçün beynəlxalq qurumların rəsmiləri ilə görüş keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında, beynəlxalq Karlar İdman Komitəsinin (IKF) və Avropa Karlar İdman Təşkilatının (ECIS) nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, mətbuat katibi Murad Fərzəliyev, Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa, komitənin prezident köməkçisi Kristina Horvat, Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis, təşkilatın idarə heyətinin üzvü Burcu Pişkin, Azərbaycan Deflimpiya Komitəsinin idarə heyətinin prezidenti Anar Bayramov və komitənin baş katibi Namiq Novruzov iştirak ediblər.

Görüşün əsas məqsədi Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyətini gücləndirmək, karlar idmanını daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə Beynəlxalq Karlar İdman Komitəsinin və Avropa Karlar İdman Təşkilatının təcrübə və resurslarının Azərbaycanın Deflimpiya Hərəkatına dəstəyi müzakirə edilib.

Tədbir iştirakçılarını salamlayan MOK-un baş katibi Azər Əliyev əvvəlcə komitənin fəaliyyəti və Azərbaycan idmanının inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar və Olimpiya Oyunlarında əldə edilən uğurlardan danışıb. Əlillər idmanına xüsusi diqqət yetirildiyini qeyd edərək, Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxış etdiyini vurğulayıb. Baş katib Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın 19 medal qazandığını və bu nəticə ilə 10-cu yeri tutduğunu bildirib.

Azər Əliyev Deflimpiya Hərəkatının çətinliklərini vurğulayaraq, burada yalnız fiziki hazırlıq deyil, həm də zehni hazırlığın önəmli olduğunu qeyd edib. Azərbaycanın Deflimpiya Oyunlarında indiyədək iştirak etmədiyini qeyd edən baş katib, bu il Tokioda keçiriləcək Deflimpiya Oyunlarında ölkəmizin uğurla təmsil olunacağına inandığını bildirib.

Azər Əliyev 2023-cü ildə yaradılan Azərbaycan Deflimpiya Komitəsinin, yeni təşkilat olmasına baxmayaraq çox fəal fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycanın I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və digər multi-idman yarışlarına ev sahibliyi etdiyini, həmçinin, Deflimpiya Oyunlarının Azərbaycanda keçirilməsi təklifinin çox maraqlı olduğunu vurğulayıb. Azər Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin bu sahəyə dəstək verməyə hazır olduğunu bildirərək, bu işin Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə daha da irəliləyəcəyini qeyd edib.

Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa Azərbaycanın karlar idmanına göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirib. O, bu cür əməkdaşlıqla Azərbaycan Deflimpiya idmançılarının beynəlxalq arenada daha çox uğur əldə etməsi üçün mühüm imkanların yaradılacağına əmin olduğunu bildirib. Adam Kosa Azərbaycanın Deflimpiya hərəkatını dəstəkləmək və Avropa çempionatı və regional yarışların Azərbaycanda keçirilməsini təşviq etmək üçün dəstək olacağına ümid etdiyini vurğulayıb.

Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis Azərbaycanla əməkdaşlıq etməyin çox müsbət olduğunu və gələcəkdə daha geniş əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib. O, Azərbaycanın Deflimpiya Oyunlarına qonaq qismində iştirak edəcəyinə ümid etdiyini vurğulayıb. Bu il Tokioda keçiriləcək Deflimpiya Oyunlarında 21 idman növü üzrə 4 minə yaxın idmançının iştirak edəcəyini deyən İosif Stavrakakis həmçinin, 104 ölkənin qeydiyyatdan keçdiyini diqqətə çatdırıb.

Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin prezidenti Anar Bayramov görüşdə Azərbaycan Deflimpiya Komitəsinin gələcək planları barədə ətraflı məlumat verib. O, Deflimpiya yarışlarının Azərbaycanda keçirilməsinin vacib bir addım olduğunu qeyd edərək, bu sahənin inkişafı üçün daha geniş imkanların yaradılacağını əminliyini bildirib.

Görüşün sonunda, tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcəkdə daha sıx əlaqələrin qurulması ilə bağlı razılaşmalar əldə ediblər. Bu cür görüşlərin Azərbaycanın beynəlxalq idman sahəsində mövqeyini gücləndirməklə ölkəmizin Deflimpiya Hərəkatının dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sonda MOK-un baş katibi Azər Əliyev Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosaya MOK-un xüsusi hədiyyəsini verib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Fərdi
Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Fərdi
Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Fərdi
Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Fərdi
Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Fərdi
Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Fərdi
Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Fərdi
Bu gün "Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşəcək

Bu gün "Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşəcək

Fərdi
Şəkidə "İdman festivalı 2022" start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb

Fərdi
Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb