"Real"ın yeni transfer hədəfi

"Real"ın yeni transfer hədəfi

"Real" heyətini gücləndirmək niyyətindədir.

QELEBE.AZ xəbər verir ki, klub "Betis"in yarımmüdafiəçisi Jonni Kardozonun xidmətində maraqlıdır.

Madrid təmsilçisi keçidi yayda tamamlamağı planlaşdırır.

Futbolçunun klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

O, 2024-cü il yanvarn 1-dən bu komandanın şərəfini qoruyur. Kardozo həmçinin ABŞ millisinin də üzvüdür.