Paralimpiyaçımız İtaliyada ikinci olub

Paralimpiyaçımız İtaliyada ikinci olub

Paralimpiyaçımız Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində öz kateqoriyasında ikinci olub.

Apasport.az xəbər verir ki, LW3 kateqoriyasında çıxış edən idmançı ilkin mərhələni 1:26.69 nəticə ilə ikinci pillədə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

Həlledici mərhələdə 1:22.78 nəticə ilə finişə çatan paralimpiyaçı yarışı öz kateqoriyasında ikinci, qarışıq kateqoriyalar üzrə isə 14 nəfər arasında 13-cü yerdə bitirib.