5 cüdoçumuz Gürcüstanda tatamiyə çıxacaq
Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.
Kişilər arasında -73 kq çəki dərəcəsində Qədir Hüseynov və Rüfət Şövlətov, -81 kq çəkidə Məhərrəm İmamverdiyev medallar uğrunda mübarizə aparacaq.
Qadınların yarışında isə -70 kq çəkidə Günel Həsənli və Südabə Ağayeva qüvvəsini sınayacaq.

https://qelebe.az//uploads/photo/5-cudochumuz-gurcustanda-tatamiye-chixacaq.webp