“Marsel” futbolçusu ilə müqavilə yeniləyib
"Marsel" sağ cinah müdafiəçisi Amir Murilyo ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu 2028-ci ilə qədər Fransa təmsilçisinin şərəfini qoruyacaq.
Xatırladaq ki, 29 yaşlı futbolçu "Marsel"ə 2023-cü ildə "Anderlext"dən 2,5 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, Panama millisinin üzvü bu mövsüm iştirak etdiyi 25 rəsmi matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/marsel-futbolchusu-ile-muqavile-yenileyib.webp