"İnşaatçı"nın sahibi: "Klubun fəaliyyətini 30 ildən sonra bərpa etməsi sevindirici haldır"

"İnşaatçı"nın sahibi: "Klubun fəaliyyətini 30 ildən sonra bərpa etməsi sevindirici haldır"

Klubun fəaliyyətini 30 ildən sonra bərpa etməsi sevindirici haldır.

Bunu "QELEBE.AZ"a açıqlamasında fəaliyyətini bərpa edən "İnşaatçı" Futbol Klubunun sahibi Adil Mahmudov deyib.

O, paytaxt təmsilçisinin Region Liqasında mübarizə aparacağını bildirib:

"Region Liqasında çıxış edəcəyik. Bu komandada son oyunumu 1995-ci ildə "Bakı fəhləsi"nə qarşı keçirmişəm. Neçə illərdir futbolun içindəyəm, yetirmələrimin bir neçəsi millidə çıxış edirlər. "İnşaatçı" fəaliyyətini dayandırandan bir neçə il sonra, təxminən 2006 və ya 2007-ci ildə klubu öz adıma keçirdim. Həmin vaxt "İnşaatçı"nın fəaliyyətini dondurmuşdum. Sənəd üzərində klub var idi, amma fəaliyyət göstərmirdi. Bu il qərara aldım ki, klubun fəaliyyətini bərpa edim. AFFA-ya təşəkkür edirəm. Region Liqasında mübarizə aparacağıq. Bu klub əvvəlkinin hüquqi varisidir. Sənədlər də var".

O, ev oyunlarını "ASK Arena"nın 4-cü meydanında keçirəcəklərini söyləyib:

"Baş məşqçi özüm olacağam. Əməkdar məşqçiyəm, kateqoriyam da var. Dörd ölkədə işləmişəm. Yaxşı və perspektivli futbolçuları üzə çıxarmaq niyyətindəyik. Heyətdə əsasən gənc oyunçular olacaq. Onların bir neçəsinin irəliləyən vaxtlarda tanınacağına inanıram. Mən futbolçu yetişdirmək baxımından problem yaşamamışam".

A.Mahmudov "İnşaatçı"nın tarixi klub olduğunu vurğulayıb:

"Azərbaycandakı iki köklü klubdan biridir. 1935-ci ildə yaradılıb. I Liqada çempion, Azərbaycan Kubokunun qalibi olub. Üç ildən çox bu komandada futbol oynamışam. Sevindirici haldır ki, fəaliyyətini bərpa edib. "İnşaatçı", adından bəlli olduğu kimi, fəhlə komandasıdır. Gələcəkdə sponsor tapılsa, dəstək olsa, II, I Liqada mübarizə apara bilərik. Niyə Premyer Liqada oynamayaq? Qismət olsa, bu yerlərə də çıxacağıq. Bir daha AFFA rəhbərliyinə təşəkkür edirəm".

Futbol
Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Futbol
"Turan Tovuz"un futbolçusu meydanı xərəkdə tərk edib

"Turan Tovuz"un futbolçusu meydanı xərəkdə tərk edib

Futbol
PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

Futbol
"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

Futbol
“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

Futbol
"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

Futbol
"Səbail" - "Kəpəz" oyununda insident baş verib

"Səbail" - "Kəpəz" oyununda insident baş verib

Futbol
"Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib

"Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib

Futbol
"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Futbol
"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

Futbol
Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Futbol
Rusiyalı məşhur futbolçu karyerasını başa vurub

Rusiyalı məşhur futbolçu karyerasını başa vurub