Avropa Kuboku yenidən Göygöldə keçiriləcək

Avropa Kuboku yenidən Göygöldə keçiriləcək

Azərbaycanda ardıcıl üçüncü dəfə keçiriləcək cüdo üzrə Avropa Kuboku turniri yenidən Göygöldə təşkil olunacaq.

QELEBE.AZ xəbər verir ki, turnirin may ayının 3 və 4-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 2023-cü ildən bu yana ardıcıl üçüncü dəfədir ki, yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edir.