“Barselona” Yamalla müqavilə yeniləyəcək

“Barselona” Yamalla müqavilə yeniləyəcək

La Liqa təmsilçilərindən “Barselona” futbolçusu Lamin Yamalla müqavilə müddətini uzadacaq.

Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

18 yaşlı vingerin sözləşməsi 2030-cu ilin yayına kimi uzadılacaq.

Yamalın indiki müqaviləsi 2026-cı ilin yayına kimidir. O, bu mövsüm 33 oyuna 11 qol vurub, 16 məhsuldar ötürmə edib.