Toğrul Əsgərov: “Mariya Stadnik kimi idmançılar dünyaya nadir hallarda gəlir”

Toğrul Əsgərov: “Mariya Stadnik kimi idmançılar dünyaya nadir hallarda gəlir”

Mariya Stadnik kimi idmançılar dünyaya nadir hallarda gəlir.

Bunu “Report”a açıqlamasında Azərbaycanın qadınlardan ibarət güləş millisinin baş məşqçi əvəzi Toğrul Əsgərov deyib.

Olimpiya və Avropa çempionu Azərbaycan güləşinin əfsanəsi Mariya Stadnikin karyerasını bitirməsi ilə bağlı təəssüratların bölüşüb:

“Sevindirici haldır ki, Azərbaycan bayrağını dünya arenalarında qaldırdı və buna görə ona təşəkkür etməliyik. Mariya yenə də bizimlədir, komandaya kömək edir. Bilirsiniz ki, komandamız yeniyetmə və gənc qızlardan ibarətdir. Hamımız maksimum şəkildə əl-ələ verib yeni Mariya Stadniklər yetişdirməyə çalışırıq. Dünya qadın güləşinə nəzər salsaq, onun kimi güləşçilər cəmi bir neçə nəfərdir. Belə idmançılar planetdə seçilmiş insanlardır”.

Mütəxəssis Azərbaycanda Stadnik kimi güləşçilər yetişdirməyə çalışdıqlarını vurğulayıb:

“Zalda 40 idmançı məşq edir. İndidən kiminsə haqqında dəqiq nəsə desək, sabah gözlədiyimiz olmaya bilər. Bəzən isə gözləmədiyin bir insan 2-3 il ərzində parlayır. Bütün komandaya eyni baxırıq, kimlərinsə adını xüsusi şəkildə çəkmək istəməzdim. Çalışırlarsa, məşq edirlərsə, yetişməlidirlər. Əlbəttə, demirəm ki, sabah mütləq kimsə yetişəcək. Gəncdirlər, bir neçə il sonra özlərini göstərməlidirlər. Bunun üçün nazirlik də dəstək olur, Milli Olimpiya Komitəsi də. Ən əsası federasiya rəhbərliyi də qadın güləşinə xüsusi diqqət ayırır. Arzu edək ki, Mariya səviyyəsində azərbaycanlı idmançılar yetişsin. Bunun üçün də bir neçə məşqçi çalışır. Komandaları U-15, U-17, U-20, U-23 və böyüklərdən ibarət kateqoriyalara bölmüşük”.

Qeyd edək ki, Mariya Stadnik ikiqat dünya və onqat Avropa çempionu, olimpiadanın iki gümüş və iki bürünc mükafatçısıdır.

Fərdi
Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Fərdi
ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Fərdi
Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Fərdi
Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş olub

Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş olub

Fərdi
Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi imiş

Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi imiş