AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) növbəti layihəni gerçəkləşdirib.

AKAF-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, federasiya Bakıda - Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb.

Ölkədə avarçəkmə ilə peşəkar olaraq 1930-cu illərin sonundan Xəzər dənizində məşğul olunmağa başlanılıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti zamanında bu idman növü özünün çiçəklənmə dövrünü yaşayıb. Həmin dövrdə ölkədə 11 peşəkar avarçəkmə klubu fəaliyyət göstərib.

AKAF bu ənənəni yenidən bərpa edib. Bununla əlaqədar Bakı bulvarı ərazisində avarçəkənlərin nümunəvi çıxışları və tədbir təşkil olunub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən F.Qayıbov dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın idmana, idmançılara göstərdiyi diqqət və qayğıdan danışıb. Nazir həmçinin Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2022-ci ildəki fəaliyyətindən söhbət açıb. Xüsusən işğaldan azad edilən Suqovuşanda keçirilən “Prezident Kuboku” və “Mingəçevir Reqatası” turnirlərini yüksək qiymətləndirən F.Qayıbov federasiyaya gələcək fəaliyyətində uğur arzu edib.

Daha sonra dəniz avarçəkməsi üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Diana Dımçenko, müxtəlif beynəlxalq turnirlərin qalibi Ziya Məmmədzadə, eyni zamanda yığma komandanın digər üzvlərinin dəniz avarçəkməsi, akademik avarçəkmə, kayak və kanoe, həmçinin turistlər üçün nəzərdə tutulan qayıqlarda nümunəvi çıxışları baş tutub. İdmançıların çıxışları paytaxt sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanıb.

Fərdi
Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərdi
İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

Fərdi
Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirib

Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirib

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
Güc idman növləri üzrə Azərbaycan Kubokuna start verilib

Güc idman növləri üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Fərdi
Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

Fərdi
Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar

Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar

Fərdi
Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Fərdi
Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək