Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş olub

Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş olub

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Estoniyanın paytaxtı Tallində klublararası Avropa çempionatında uğur qazanmış komandalarla görüş keçirilib.

ATF-dən "Report"a verilən məlumata görə, tədbirdə qurumun vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev, İdarə Heyətinin üzvü Vüqar Məmmədov, klubların baş məşqçiləri və mükafat qazanan idmançılar iştirak ediblər.

N.Səfərov müxtəlif komandaların heyətində 9 medal qazanan taekvondoçuların çıxışını uğurlu adlandırıb. O bildirib ki, böyük uğura gedən yol məhz yeniyetmə dövründən başlayır. Vitse-prezidentin sözlərinə görə, ölkə taekvondosuna adını yazdırmış çempionlar da vaxtı ilə aşağı yaş qruplarında uğur qazanıb və bunun ardını gətiriblər. O, növbəti yarışlarda da bunu davam etdirmələrini arzulayıb.

Avropa çempionatında 4 yetirməsi fəxri kürsüyə qalxan "Ümid"in baş məşqçi İlkin Şahbazov da uğurlu çıxışı davam etdirəcəklərinə inandığını deyib. Avropa çempionu qeyd edib ki, yeniyetmə taekvondoçuların daha da inamlı çıxışı üçün bütün bacarıqlarından istifadə edəcəklər.

N.Paşayev klubların Tallində uğurlu çıxış etdiyini vurğulayıb. Avropa çempionatında fərqlənənləri təbrik edən ATF rəsmisi onların gələcəkdə də Azərbaycan bayrağını yüksəklərə qaldıracağına inam ifadə edib. Klubları yarışlara hazırlayan müəllimlərə təşəkkür edən dünya çempionu bildirib ki, gələcəkdə daha yüksək zirvələri fəth etmək üçün federasiya həmişə onlara dəstək olacaq.

Veteranlar arasında yarışlarda bürünc medala sahib olan Vüqar Kərimovu da təbrik edən Paşayev ona uğurlar arzulayıb.

Sonda idmançılara hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, "Ümid"in heyətində Sabir Məmmədli (27 kq) qızıl, Coşqun Məmmədzadə (33 kq) gümüş, Rasim Qarayevlə (27 kq) Kənan Balayev (30 kq) bürünc medala qazanıb. Beyrək Bağırovun rəhbərlik etdiyi “Gədəbəy”də Həsən Süleymanov çempion tituluna sahib olub. "Fortis"dən Mehman Qənbərovun (27 kq) üçüncü yeri tutduğu Avropa çempionatında Asim Xudiyevin baş məşqçisi olduğu “Alov”un iki taekvondoçusu Əli Hüseynli (44 kq) gümüş, İsa Hüseynli (40 kq) bürünc mükafata yiyələnib. Azərbaycanın aktivinə 9-cu medalı isə Vüqar Kərimov (68 kq) yazdırıb. O, veteranlar arasında baş tutan Avropa çempionatını ikinci pillədə başa vurub.

Fərdi
Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Fərdi
Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Fərdi
Jurnalistlər arasında kartinq yarışı keçirilib

Jurnalistlər arasında kartinq yarışı keçirilib

Fərdi
Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Fərdi
Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Fərdi
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Fərdi
Azərbaycan avarçəkəni dünya ikincisi olub

Azərbaycan avarçəkəni dünya ikincisi olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”