İngiltərə Kubokunun qalibi olan azərbaycanlı mütəxəssis: "11 ildir ki, klubda heç bir nəticə yox idi" - MÜSAHİBƏ

İngiltərə Kubokunun qalibi olan azərbaycanlı mütəxəssis: "11 ildir ki, klubda heç bir nəticə yox idi" - MÜSAHİBƏ

İngiltərənin "Redinq Rokets" basketbol klubunun baş məşqçisi Samit Nuruzadə "QELEBE.AZ"un suallarını cavablandırıb. Mütəxəssis ölkə kubokunun qalibi olmalarından, qarşıdakı hədəflərindən və Azərbaycan basketbolunun hazırkı durumundan söz açıb.

- İlk olaraq əldə etdiyiniz titulla bağlı fikirlərinizi bilmək istərdik. Təəssüratlarınız necədir?
- Ölkə kubokunu qazandığımız üçün çox qürurluyuq. 11 ildir ki, klubda heç bir nəticə yox idi. Ötən il iki final oynadıq və hər ikisində məğlub olduq. Amma bu il qalib gəlmək mümkün oldu. Klubumuz 26 ildir ki, fəaliyyətdədir. Bu müddət ərzində böyük nailiyyətlər olub. Kubok və liqalarda çempionluq yaşayıblar. Daha əvvəl, 2010-cu ildən 2013-cü ilədək də burada işləmişəm. Həmin müddətdə də çox qalibiyyətlər əldə etmişdik. 2013/2014 mövsümündən sonra isə heç bir nəticə yox idi. Bu titula sahib çıxdığımız üçün sevincliyik.

- 2022-ci ildə yenidən bu komandaya qayıtdınız. Qarşıdakı hədəfləriniz nədir?
- Hazırda yerli çempionatda ikinci pillədə qərarlaşmışıq. Kubokun finalında məğlub etdiyimiz "Hemel Storm" isə liderdir. Mövsümü müvəffəqiyyətlə başa vurmaq, pley-offa vəsiqə qazanmaq istəyirik. Pley-offda isə finala vəsiqə qazanmaq niyyətindəyik. Federasiya Kubokunun da finalındayıq. Bu isə martda olacaq. Nə baş verdiyini birlikdə görəcəyik.

- İngiltərədə basketbolun səviyyəsi necədir? Azərbaycanla müqayisə edə bilərsiniz?
- Burada beş liqa var. Bunların dördü peşəkardır. Səviyyənin yüksək olduğunu demək olar. Hər il Çempionlar Liqasında, Avroliqada mübarizə aparan klublar olur. İngiltərə millisi isə son oyunlarından birində Yunanıstan kimi basketbol ölkəsini məğlub edib. Oyunçular Avropa təmsilçilərinin heyətində yer alırlar. Hazırda Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan 2-3 oyunçu da daha əvvəl məhz burada çıxış edib.

- Ölkə xaricində Azərbaycan basketbolunu izləyirsiniz?
- Əlbəttə. Bəzən yutub vasitəsi ilə matçlara da baxıram. Bəzi oyunçularla əlaqədəyəm. Məşqçilərlə də danışırıq.

- Sizcə, Azərbaycan Basketbol Liqasının hazırkı səviyyəsi necədir?
- Ölkə basketbolunun səviyyəsi yaxşıdır. Əvvəlkinə baxanda bu fikri demək olar. Hər komandanın heyətində meydana 4 legioner və bir yerli oyunçunun çıxması yaxşıdır. Azərbaycanlı basketbolçuların da səviyyəsi yaxşılaşıb.

- Yerli klublardan sizə təklif gəlib?
- Mövsümün əvvəlində nəsə var idi. Mənim burada müqaviləm var. İmza atıramsa, sözümün üstündə dururam. Ötən ilin sentyabrında danışıqlar oldu. Amma "yox" dedim.

- Azərbaycanda basketbolun inkişafı üçün hansı addımlar atılmalıdır?
- Hələ ki, doğru yoldadırlar. Uşaq basketbolu daha yaxşı olmalıdır. Basketbol uşaqlardan başlayır. Ümid edirəm ki, milli komandalarımız B Liqasında çıxış edərlər. Çempionatın səviyyəsi nə qədər yaxşı olsa, inkişaf da artacaq. Bundan əlavə, yerli məşqçilərin inkişafına da fikir vermək lazımdır. Mütəxəssislər azərbaycanlı olsa, basketbolumuzun gələcəyi üçün də daha yaxşı olacaq.

- Bəs sizin baş məşqçi kimi qarşıdakı hədəfləriniz nədir?
- Hər oyunçumun daha da yaxşı oynamasını istəyirəm. Çıxış etdiyim komandada müdafiənin ön planda olmasına diqqət edirəm. Basketbolçulara deyirəm ki, elə edin ki, mövsümün sonunda sizə çoxlu təkliflər gəlsin. Heç kəsin eyni səviyyədə qalmasını istəmirəm. Mövsüm bitəndən sonra burada qalacağamsa, nələrisə müzakirə edə bilərik.

- Azərbaycan millisinin basketbolçuları da əvvəllər legioner həyatı yaşayırdılar. Məsələn, qonşu Gürcüstanda çıxış edən oyunçularımız olub. Sizcə, indi Avropa arenasına çıxa biləcək oyunçularımız var?
- Maddi tərəfdən daha yaxşı olduğuna, çempionatın səviyyəsinin qalxmasına görə ölkədə çıxış etməyə daha çox üstünlük verirlər. Gələcək üçün uşaqları, perspektivli basketbolçuları xarici klubların akademiyasına yerləşdirmək olar. Bizə yaxın ölkələrdən Gürcüstan bunu edir. Hər il 10-15 uşaq xarici klubların akademiyasına yerləşdirilir. Bu, hər federasiyanın inkişafı necə görməsinə bağlıdır.

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Komanda
Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Komanda
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Komanda
AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb