Paris-2024-də çempion olan Azərbaycan cüdoçusu: "Milli Olimpiya Komitəsi ilə əlaqə saxlamışam, yeni medal alacağıma ümid edirəm"

Paris-2024-də çempion olan Azərbaycan cüdoçusu: "Milli Olimpiya Komitəsi ilə əlaqə saxlamışam, yeni medal alacağıma ümid edirəm"

Mən artıq Milli Olimpiya Komitəsi ilə əlaqə saxlamışam. Hər hansı bir şəkildə kömək etmələrini istəyirəm. Yeni medal alacağıma ümid edirəm.

Bunu "QELEBE.AZ"a açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal əldə edən Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) deyib.

O, medalın keyfiyyətinin nəzərəçarpan dərəcədə pisləşdiyini vurğulayıb:

"Bacardığım qədər ona qulluq etməyə çalışıram. Onu qutuda saxlayıram və lazımsız yerə çıxarmıram. Olimpiadadan sonra müxtəlif tədbirlərə özümlə apardım, amma bunu çox diqqətlə etdim. Bununla belə, medalın rəngi solur və ipi qopub. Medal cızılmış görünür və boya soyulur. Çox kədərlidir, çünki medal mənim üçün həyat hekayəsidir, məndən sonra gələnlər üçün vacib xatirə və rəmzdir. Çox istərdim ki, onu orijinal halında qoruyum. Mümkünsə, onu bərpa etməyə çalışacağam".

Qeyd edək ki, Azərbaycan idmançıları Paris olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.

H.Heydərov və M.Maqomedovdan başqa, digər beş idmançınin medalı keyfiyyətini itirib.

Fərdi
Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Fərdi
"Shusha Chess 2022" turnirində VI tura start verilib

"Shusha Chess 2022" turnirində VI tura start verilib

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Fərdi
Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Fərdi
Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir

Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir

Fərdi
Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Fərdi
Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Fərdi
Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı bəlli olub

Fərdi
Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub