AVF rəsmisi Bakıda məşqçi-müəllimlər üçün təşkil edilən kursu dəyərləndirib

AVF rəsmisi Bakıda məşqçi-müəllimlər üçün təşkil edilən kursu dəyərləndirib

Azərbaycan Voleybol Federasiyasının (AVF) təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşmə Bakıda məşqçi-müəllimlər üçün təşkil edilən kursla bağlı danışıb.

Mütəxəssis “QELEBE.AZ”a açıqlamasında kursda iştirak edənlərin sayı və aparılan müzakirələrlə bağlı məlumat verib.

O, idmançıların atletik və psixoloji olaraq inkişafı mövzularına toxunulduğunu vurğulayıb:

“Kursa 21 nəfər yazıldı. Sonda isə 16 nəfərlə tamamladıq. Onlardan 14-ü sertifikat aldı. Kurs ərzində əsasən də aşağı yaş qruplarının seçilməsi, təhsil alması və onların oyun sistemlərinə dair bilgilər verildi. İdmançıların atletik və psixoloji olaraq inkişafı mövzularına toxunuldu. Son olaraq “Təhlükəsiz idman”la bağlı fikirlər bildirildi. Kursun sonunda iştirakçılar imtahan verdilər və nəticələrə əsasən dəyərləndirildilər”.

C.Akarçeşmə aşağı yaş qrupları arasında yarışların hansı formada keçiriləcəyindən bəhs edib:

“Kursun önəmli tərəflərindən biri o idi ki, bu il U-12, U-14, U-16 və U-18 yaş kateqoriyaları yaradıldı. Yanvardan iyuna qədər bu komandalar regionlarda bir-biriləri ilə oynayacaqlar. Hər bölgədəki komandaların ən azı 15-20 oyun keçirməsini, yüksək yerləri tutanların Bakıda keçiriləcək Azərbaycan çempionatına qatılmasını təmin edəcəyik. Yaş qruplarının hər birinin inkişaf üçün fərqli sistemdə oynaması vacibdir. U-12 3x3 şəklində voleybol oynayacaq. Bu yarışlar 2025-ci ildə, məktəblər bağlandıqdan sonra iyunda keçiriləcək. U-14 4x4 şəklində oynayacaq. Təbii ki, uşaqlar üçün xüsusi qaydalar olacaq. U-16 6x6 şəklində, amma özəl oyun sistemi ilə çıxış edəcək. Bu, uşaqların çoxyönlü inkişafını təmin etmək və yığmalar üçün oyunçu yetişdirmək üçündür. U-18 komandası isə Superliqa qaydaları ilə oynayacaqlar”.

Mütəxəssis oyunçuların yetişdirilməsi ilə bağlı kurslar təşkil ediləcəyini də bildirib:

“Yaxın zamanda Bakıda daha bir kurs açılacaq. Ardınca təhsil şəbəkəmizi genişləndirərək Gəncə, Naxçıvan, Hacıqabul, Tovuz və getmədiyimiz digər bölgələrə də yollanacağıq. Buna qədər Qəbələ və Sumqayıtda da oxşar kurslar təşkil etmişdik. Daha sonra məşqçilərimiz üçün müxtəlif mövqelər üzrə oyunçuların necə yetişdirilməsi ilə bağlı kurslar təşkil edəcəyik”.

Qeyd edək ki, kursu uğurla keçənlərə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub. Bu sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin "Level-1" seminarında iştirak etmək hüququ qazanacaqlar.

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Komanda
“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

Komanda
Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Komanda
Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Komanda
"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

Komanda
Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Komanda
Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib