"Fullkontakt Kyokuşin Karate" üslubu üzrə "Bakı kuboku" turniri keçirilib

"Fullkontakt Kyokuşin Karate" üslubu  üzrə "Bakı kuboku" turniri keçirilib

Azərbaycan Karate Federasiyası Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə birgə əməkdaşlıq etməklə AKF-nın nəzdində fəaliyyət göstərən "Fullkontakt Kyokuşin Karate" üslubu üzrə Balaxanı Olimpiya İdman Kompleksində "Bakı kuboku" turniri keçirib.

"Report" xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov ölkədə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan qurum rəhbəri Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.

AKF -in baş katibi Qabil Sayadov da öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolu olduğunu qeyd edib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karate idman növünün ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı, qazanılan uğurların təməlidir.

Yarışın açılış mərasimində "Fullkontakt Kyokuşin Karate" üslubunun icraçı direktoru Mübariz Məlikov da iştirak edib və iştirakçılara uğurlar arzulayıb.

Açılış mərasiminin ardınca sonra AKF -in vitse prezidenti Allahverdi Rüstəmov, baş katib Qabil Sayadov, "Hüquq və İntizam Komitəsi"nin sədri Həmdiyyə Məmmədov və AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə müvafiq kateqoriyalar üzrə qalib olmuş karateçiləri təltif edib.

Qeyd edək ki, "Bakı Kuboku" turnirində 20-ə yaxın klubdan 250 karateçi öz qüvvəsini sınayıb. Qaliblər Azərbaycan Karate Federasiyasının təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar.

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Fərdi
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

Fərdi
Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub

Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub

Fərdi
Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"