II Liqa: MÖVSÜMƏ START VERİLİR

II Liqa: MÖVSÜMƏ START VERİLİR

Bu gün futbol üzrə Azərbaycan II Liqasında 2026/27 mövsümünə start veriləcək.

QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək.

"Şəki" "Ağdaş"ı qəbul edəcək. 

"Qaradağ Lökbatan" "Hypers"i, "Şirvan" "Kür-Araz"ı sınağa çəkəcək.

II Liqa, I tur

1 sentyabr 

16:00. “Şəki” – “Ağdaş”
Hakimlər: Samir Musayev, Ağadur Mahmudov, Elvin Mədətov, Elçin Abdullayev.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Qaradağ Lökbatan” – “Hypers”
Hakimlər: Nahid Xasıyev, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Şirvan” – “Kür-Araz”
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Samir Cabbarov, Sənan Bayramzadə.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu