Naxçıvan şəhərinin bir sıra ərazilərində idman qurğuları istifadəyə verilib

Naxçıvan şəhərinin bir sıra ərazilərində idman qurğuları istifadəyə verilib

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərinin bir sıra ərazilərində olmaqla, ümumilikdə 8 yerdə açıq hava idman qurğularının quraşdırılması işi icra olunur.

"QELEBE.AZ" xəbər verir ki, artıq quraşdırma işi tamamlanan 5 idman meydançası əhalinin istifadəsinə verilib.

Bu münasibətlə dekabrın 7-si təqdimat tədbiri keçirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Dövlət Proqramı çərçivəsində həyata keçirilən sosial layihənin əhəmiyyəti barədə danışıb, qurğuların quraşdırılması ilə bağlı icra olunan işlər barədə məlumatları diqqətə çatdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müxtəlif xidmət sahələrində xidmət keyfiyyətinin artırılması, vətəndaş məmnunluğuna xidmət edən digər məsələlərin həlli prioritet təşkil edir. Naxçıvan şəhərində açıq hava idman qurğularının istifadəyə verilməsini bədən tərbiyəsi və idmanın inkişafı, əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi və şəhər infrastrukturunun zənginləşməsinə töhfə kimi dəyərləndirən Məcid Seyidov sakinləri təbrik edib, sözügedən idman meydançalarının ümumi məqsədlər baxımından faydalı olacağına inamını ifadə edib. Göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

Qeyd edək ki, əhalinin istifadəsinə verilən idman meydançaları Heydər Əliyev prospekti, Əliabad qəsəbəsi, Əziz Əliyev küçəsi (2 yer) və Əlincə məhəlləsində yerləşir. Şəhərin daha 3 ərazisində quraşdırma işləri yekun mərhələdədir və qarşıdakı günlərdə istifadəyə verilməsi nəzərdə tutulub. Hər birinin sahəsi 76 kvadratmetr olan idman meydançalarında 12 dəst müxtəlif funksiyalı açıq hava tipli idman aləti, ətrafında skamyalar və zibil qutuları mövcuddur. Müxtəlif yaş qruplarına uyğun dizayn edilən alətlər fiziki hazırlığı artırmaq, əzələləri möhkəmləndirmək və müxtəlif məşq proqramlarının icrası üçün əlverişlidir.

Fərdi
ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

Fərdi
Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

Fərdi
Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Fərdi
Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Fərdi
Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Fərdi
Zəngilanda "Zəfər Yürüşü" turnirində triatlon yarışının qalibi bəlli olub

Zəngilanda "Zəfər Yürüşü" turnirində triatlon yarışının qalibi bəlli olub

Fərdi
Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Federer karyerasını məğlubiyyətlə başa vurub

Federer karyerasını məğlubiyyətlə başa vurub

Fərdi
Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"

Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"