Azərbaycanın I və II Liqalarında oktyabrın ən yaxşı qolunun müəllifləri mükafatlandırılıb
Azərbaycanın I və II Liqalarında oktyabr ayının ən yaxşı qolunun müəllifləri mükafatlandırılıb.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Emil Quluzadə I Liqada “Difai”nin formasını geyinir. Tural Qurbatov isə II Liqa təmsilçisi “Şahdağ Qusar”ın futbolçusudur.
AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə mükafatları futbolçulara PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

https://qelebe.az//uploads/photo/azerbaycanin-i-ve-ii-liqalarinda-oktyabrin-en-yaxshi-qolunun-muellifleri-mukafatlandirilib.webp











