Azərbaycan millisinin futbolçusu: "Daha ağıllı oynasaq, səhvləri aradan qaldırsaq, uğurlu nəticələr gələcək" - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu: "Daha ağıllı oynasaq, səhvləri aradan qaldırsaq, uğurlu nəticələr gələcək" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının futbolçusu Qismət Alıyev "Report"a müsahibə verib. "Zirə" klubunun kapitanı yığmanın UEFA Millətlər Liqasının ilk 4 turunda məğlub olması barədə danışıb. O, bəzi matçlarda bəxtlərinin gətirmədiyini və bu səbəbdən xal qazana bilmədiklərini deyib. 27 yaşlı müdafiəçi C Divizionunda sonuncu yeri tutmamaq üçün əllərindən gələni edəcəklərini bildirib.

- Azərbaycan millisi UEFA Millətlər Liqasının ilk 4 oyununda uduzdu. Məğlubiyyətlərin səbəbini nədə görürsünüz?

- Məğlub olduğumuz rəqiblərimizdən geri qalmamışıq. Deyə bilmərəm ki, konkret olaraq bizi hansısa cəhətdən üstələyirdilər. Sadəcə, cuzi səhvlər bizi qazana biləcəyimiz xallardan etdi. Əlimizə düşən qol fürsətlərindən maksimum yararlana bilsək, qələbə qazanacağıq. Estoniya və İsveç ilə qarşılaşmalarda ssenari fərqli ola bilər. Məncə, matç ərzində əlimizə düşən fürsətləri boşa verməsək, nəticə əldə edəcəyik. İstəyimiz odur ki, Azərbaycan xaqlını sevindirək.

- Yığmanın qalib gəlməyinə hansı amillər mane olur?

- Futbolçularımız meydanda canlarını ortaya qoyurlar. Lakin hər oyunda müəyyən problemlə üzləşdik. Təəssüf ki, sonuncu məğlub olduğumuz Slovakiya ilə matçda bəxtimiz gətirmədi. Qarşılaşmanı izləyən hər kəs gördü ki, necə məzmunlu oyun sərgiləyirdik. Hətta hesabda önə də çıxa bilərdik. Ancaq Mahir Emrelinin ikinci sarı vərəqəni alaraq meydandan qovulması planlarımızı pozdu. Slovakiya kimi Avropa çempionatında çıxış etmiş milliyə qarşı meydanda 10 nəfərlə mübarizə aparmaq çox çətindir. Nəticədə rəqib 2 qol vurdu və qələbə qazandı. Bəlkə də qırmızı vərəqə olmasaydı, xal qazana bilərdik. Məncə, daha ağıllı oynasaq, səhvləri aradan qaldırsaq, uğurlu nəticələr gələcək.

- İlk 4 oyunda milli komandanın bəxtinin gətirmədiyini deyə bilərik?

- Yox, hər şeyi bəxt amilinə bağlamaq istəməzdim. Haradasa güc hesabına məğlub olduğumuz qarşılaşmalar da var idi. Amma son oyunda sırf bəxtimiz gətirmədi. Bundan başqa, Estoniya ilə səfər matçına çox əla başlamışdıq. Hücumlarımızın ard-arası kəsilmirdi. Estoniya isə cəmi üç hücum etdi və təəssüf ki, hər üçü qolla nəticələndi.

- Estoniya millisinə məğlubiyyəti faciə hesab etmək olar?

- Futbol inkişaf edir, yerində dayanmır. Milli komandaların heç birinə zəif demək olmaz. Estoniya ilə matçda oynamadan məğlub olsaydıq, faciə hesab etmək olardı. Lakin hər kəs gördü ki, biz rəqibdən üstün idik. Sadəcə, hücumları məntiqi sonluqla başa vursaq, istəyimizə nail olacağıq.

- Millidə ab-hava necədir?

- Hər bir futbolçu verilən tapşırıqlara köklənir. Hər birimiz istəyirik ki, qarşıdakı iki matçda maksimum nəticə qazanaq. Hamımızın məqsədi Azərbaycan xalqına qələbə sevinci bəxş etməkdir. İlk 4 görüşdə istədiyimizi edə bilmədik. Amma gedişat göstərir ki, səhvlərimizi aradan qaldırsaq, uğur qazanacağıq.

- Baş məşqçi Fernandu Santuşun kapitanlıq sarğısını Emin Mahmudovdan alması digər futbolçulara mənfi təsir göstərdi?

- Bu barədə mənim nəsə deməyim etik çıxmaz. Emin həm insan, həm də futbolçu kimi yüksək keyfiyyətlərə malikdir. Lakin kapitanlıq sarğısının ondan alınması baş məşqçinin fikridir və biz buna hörmətlə yanaşırıq. Məncə, kapitanlıqdan daha önəmlisi nəticə qazanmaqdır. Kapitanın kim olmasından asılı olmayaraq, tək məqsədimiz var ki, xalqımızı sevindirək.

- Ardıcıl məğlubiyyətlər komandanı Millətlər Liqasında hazırda yer aldığı C Divizionundan D Divizionuna doğru aparır. Bu vəziyyət sizi nə dərəcədə narahat edir?

- Hər bir futbolçu fikirləşir və dərk edir ki, Estoniya və İsveç yığmalarına qarşı son iki matç bizim üçün çox önəmlidir. İstəmərik ki, qrupda sonuncu yeri tutaq. Estoniyanı evdə məğlub etmək istəyirik.

- Estoniya ilə qarşılaşma noyabrın 16-da Qəbələ şəhər stadionunda reallaşacaq. Bakıdan kənarda ev oyunu keçirmək sizin üçün hansı anlama gəlir?

- Bizim üçün də çox xoşdur. Mən özüm "Qəbələ" klubunda çıxış etmişəm. Həmin bölgədə beynəlxalq oyunlara çox böyük maraq olur. Düşünürəm ki, azarkeşlərimiz həmin matçda millini tək qoymayacaqlar. Onların da dəstəyinə arxalanaraq Estoniya üzərində möhtəşəm qələvə qazanacağıq.

Futbol
AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-dan xaric edilə bilər

Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-dan xaric edilə bilər

Futbol
Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Futbol
FIFA Mahir Emrelini cəzalandırıb

FIFA Mahir Emrelini cəzalandırıb

Futbol
Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"

Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Futbol
“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

Futbol
Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Futbol
"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

Futbol
Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb