Azərbaycanın futzal üzrə Yüksək və Birinci Liqalarında 2024/2025 mövsümünün püşkü atılıb

Azərbaycanın futzal üzrə Yüksək və Birinci Liqalarında 2024/2025 mövsümünün püşkü atılıb

Azərbaycanın futzal üzrə Yüksək və Birinci liqalarında 2024/2025 mövsümünün püşkü atılıb.

"Report" Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasimdə əvvəlcə komandalara reqlament barədə məlumat çatdırılıb.

Yüksək Liqada 6 komanda iştirak edəcək ki, onlardan biri – “Şuşa” debütantdır. Digər 5 iştirakçı ötən mövsüm çempionatda gücünü sınayıb. Komandalar 4 dövrə mübarizə aparacaq. 20 turun yekununda ən çox xal toplayacaq kollektiv Azərbaycan çempionu olacaq və ölkəmizi UEFA Çempionlar Liqasının 2025-2026-cı illər mövsümündə təmsil edəcək. İkinci və üçüncü pillənin sahibinə isə müvafiq olaraq gümüş və bürünc medallar, diplomlar təqdim olunacaq.

Birinci Liqada isə 12 komanda gücünü sınayacaq. Mübarizə 1 dövrədən ibarət olacaq. 11 turdan sonra turnir cədvəlinin “ilk 4-lüy”ündə yer alan komandalar pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi ilə 4-cü, 2-ci pilləni tutan komanda ilə 3-cü sırada yer alan kollektiv qarşılaşacaq. Bir oyunluq mübarizədə qalib gələn iştirakçılar finalda gücünü sınayacaq. Qələbə qazanan komanda Birinci Liqanın qalibi olacaq. Komandaya kubok, qızıl medallar və diplomlar veriləcək. Finalda uduzan komandaya gümüş, pley-off mərhələsinin matçında uduzan və 3-cü yer uğrunda görüşdə qələbə qazanan kollektivə isə bürünc medallar və diplomlar təqdim olunacaq.

Onu da qeyd edək ki, “Yay Transfer pəncərəsi” oktyabrın 21-i, saat 23:59-da bağlanacaq:

Yüksək Liqa, I tur

22 oktyabr. Olimpik Star

Baku Fire – Araz-Naxçıvan

Şuşa – Neftçi İK

U-19 – Yasamal Bakı

Birinci Liqa, I tur

20 oktyabr. Olimpik Star

STAR kargo – Xan-Lənkəran

Delta – Djevo Dəyirman

Baku Fire-2 – Çarşı Bakı

Yeni Suraxanı – Ulduz

Dəstə Ordubad – Timsport

PFL - Metropoliten

Futbol
Konfrans Liqasında dörd polis yaralanıb

Konfrans Liqasında dörd polis yaralanıb

Futbol
Sinişa Mixayloviç vəfat edib

Sinişa Mixayloviç vəfat edib

Futbol
Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

Futbol
“Neftçi” Ayaz Quliyevin transferi üçün “Ximki”yə təklif göndərib

“Neftçi” Ayaz Quliyevin transferi üçün “Ximki”yə təklif göndərib

Futbol
"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

Futbol
Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Futbol
Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

Futbol
Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

Futbol
Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb