Vitali Borisov: Nəticə olmadığına görə "Araz-Naxçıvan"la yolları ayırmaq qərarına gəldik

Vitali Borisov: Nəticə olmadığına görə "Araz-Naxçıvan"la yolları ayırmaq qərarına gəldik

Nəticə olmadığına görə klubla yolları ayırmaq qərarına gəldik.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Araz-Naxçıvan” futzal klubunun sabiq baş məşqçisi Vitali Borisov komandadan ayrılması ilə bağlı danışarkən deyib.

O, bu barədə rəhbərliklə əvvəlcədən danışıqlar olduğunu bildirib:

“Rəhbərliklə aramızda danışıqlar olmuşdu ki, Çempionlar Liqasında ilkin mərhələni keçməyəcəyimiz təqdirdə baş məqşçi vəzifəsindən gedəcəyəm. Bir də ki, iki yerdə - həm millidə, həm də “Araz-Naxçıvan”da işləmək çətindir”.

Mütəxəssis hazırda “Araz-Naxçıvan”ın yığmanın baza klubu olmadığını da vurğulayıb:

“Hazırda “Araz-Naxçıvan” yığmanın bazası sayılmır. Mən oynadığım vaxtlarda komandanın heyətində 8-9 nəfər həm klubun, həm də yığmanın formasını geyinirdi. Braziliyalı və yerli futzalçılardan təşkil olunan “Araz-Naxçıvan” eyni zamanda yığmanın özəyi hesab edilirdi. İndi millidə “Araz-Naxçıvan”la yanaşı, “Neftçi”, “Baku Fire” və digər klublardan da oyunçular var. Bunun mənfi cəhəti odur ki, əvvəl komanda daim birlikdə olurdu. Yığmanın toplanışları 3-4 günlük olduğu üçün bu müddət ərzində nələrisə dəyişmək çox çətindir. Futzalçılar milliyə hazır formada gəlməlidirlər. İndi heyətdə daha çox gənclər yer alır və onlara birdən-birə nəyisə öyərtmək asan deyil. Düzdür, yığmanın hazırlığına köklənmək mənim üçün bir qədər rahat olacaq. Kənardan futzalçıları izləyəcəyəm. Gənclərlə çalışmaq perspektiv baxımından yaxşıdır. İnanıram ki, indiki gənc futzalçılar 2-3 ildən sonra millinin əsas üzvlərinə çevriləcəklər”.

V.Borisov onu müvəqqəti olaraq əvəzləyəcək serbiyalı mütəxəssis Predraq Rayiçin komandanı formalaşdırmaqda çətinlik çəkməyəcəyini söyləyib:

“Predraq Rayiç artıq ikinci ildir “Araz-Naxçıvan”da işləyir və uşaqları tanıyır. Onun çətinlik çəkməyəcəyini düşünürəm”.

Qeyd edək ki, ötən gün “Araz-Naxçıvan”da keçirilən klubdaxili iclasda Vitali Borisovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Komanda müvəqqəti olaraq serbiyalı Predraq Rayiçə tapşırılıb.

Futbol
"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
"Neftçi"nin sabiq legioneri: "Azərbaycan millisi bizim üçün yaxşı rəqibdir"

"Neftçi"nin sabiq legioneri: "Azərbaycan millisi bizim üçün yaxşı rəqibdir"

Futbol
Ruslan Abışov: "Seçmə mərhələdə sonuncu olmamaq üçün mübarizə aparacağıq"

Ruslan Abışov: "Seçmə mərhələdə sonuncu olmamaq üçün mübarizə aparacağıq"

Futbol
Hakimə qarşı nalayiq hərəkət edən futbolçu 6 ay müddətinə futboldan uzaqlaşdırılıb

Hakimə qarşı nalayiq hərəkət edən futbolçu 6 ay müddətinə futboldan uzaqlaşdırılıb

Futbol
Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib

"Qarabağ"ın rəqibi heç-heçə edib

Futbol
Lionel Messi dünyada ilin idmançısı seçilib

Lionel Messi dünyada ilin idmançısı seçilib

Futbol
Premyer Liqa: İlin son matçında dörd qol vurulub, dörd qırmızı vərəqə göstərilib

Premyer Liqa: İlin son matçında dörd qol vurulub, dörd qırmızı vərəqə göstərilib

Futbol
“Çelsi” Qrem Potterin razılığını alıb

“Çelsi” Qrem Potterin razılığını alıb

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Futbol
Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək